0
Thursday 27 April 2017 - 10:16

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

Story Code : 631261
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “An-26” sərnişin təyyarəsində pilotların kabinəsində şüşə çatlayıb. Bu səbəbdən havaya qalxan təyyarə Xabarovsk hava limanına dönməli olub. Təyyarənin göyərtəsində 30 sərnişin və 5 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır.
Comment