QR CodeQR Code

Dəhşət: Bakıda 22 yaşlı gənc ağzından bıçaqlandı

27 Apr 2017 10:22

IslamTimes - Paytaxtda gənc oğlan ağzından bıçaqlanıb.


"Report"un məlumatına görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Əhmədov Tərlan Əfqan oğluna ağzının sağ nahiyəsindən bıçaqla xəsarət yetirilib. T. Əhmədov xəstəxanaya yerləşdirilib. O, polisə ilkin ifadəsində yıxıldığını, bu zaman ağzını şüşə kəsdiyini deyib. Lakin Xətai Rayon Polis İdarəsi 34-cü bölməsinin əməkdaşları T.Əhmədovun ifadəsinin yalan olduğunu üzə çıxarıblar. Məlum olub ki, 22 yaşlı gənc mübahisə zamanı bıçaq xəsarəti alıb. Hazırda ona xəsarət yetirmiş şəxsin kimliyi araşdırılır.


Story Code: 631264

News Link :
https://www.islamtimes.org/az/news/631264/dəhşət-bakıda-22-yaşlı-gənc-ağzından-bıçaqlandı

Islam Times
  https://www.islamtimes.org