0
Thursday 27 April 2017 - 13:13

İŞİD və “Taliban” toqquşdu

Story Code : 631343
İŞİD və “Taliban” toqquşdu
İslamazeri.com-un “Khaama Press” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın şimalında “Taliban” və İŞİD terror təşkilatları arasında toqquşma baş verib. Nəticədə azı 91 terrorçu ölüb.

Yerli hökumət orqanlarının məlumatına əsasən, döyüşlər zamanı “Taliban” 76, İŞİD isə 15 döyüşçüsünü itirib. Qeyd edilir ki, səsləndirilən rəqəmlər hələ ilkin məlumatdır.

Cauzcan əyalətinin qubernatorunun nümayəndəsi bildirib ki, ötən gün Dərzab rayonunda döyüşlər başlayıb və hələ də davam etməkdədir.
Source : Islamazeri
Comment