QR CodeQR Code

İŞİD və “Taliban” toqquşdu

Islamazeri , 27 Apr 2017 13:13

Islamtimes - Əfqanıstanda 2 terror təşkilatı arasında şiddətli toqquşma baş verib.


İslamazeri.com-un “Khaama Press” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın şimalında “Taliban” və İŞİD terror təşkilatları arasında toqquşma baş verib. Nəticədə azı 91 terrorçu ölüb.

Yerli hökumət orqanlarının məlumatına əsasən, döyüşlər zamanı “Taliban” 76, İŞİD isə 15 döyüşçüsünü itirib. Qeyd edilir ki, səsləndirilən rəqəmlər hələ ilkin məlumatdır.

Cauzcan əyalətinin qubernatorunun nümayəndəsi bildirib ki, ötən gün Dərzab rayonunda döyüşlər başlayıb və hələ də davam etməkdədir.


Story Code: 631343

News Link :
https://www.islamtimes.org/az/news/631343/işid-və-taliban-toqquşdu

Islam Times
  https://www.islamtimes.org