QR CodeQR Code

ABŞ Ermənistana humanitar yardımı 12 dəfə artırdı

Milli.Az , 4 Apr 2011 17:41

IslamTimes - Ermənistana ayrılmış humanitar yardımın həcmi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 3,5 dəfə artıb


News.am saytının verdiyi məlumata görə, bunu Ermənistan Milli Statistika Xidməti açıqlayıb.

Qurumdan bildiriblər ki, 2011-ci ilin ilk 2 ayında Ermənistana 11 milyon dollar humanitar yardım ayrılıb. Ötən ilin anoloji dövründə bu rəqəm 3,2 milyon dollar olub. Yardımın əsas hissəsini Birləşmiş Ştatlar ayırıb – təxminən 8 milyon dollar. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, düz 12 dəfə çoxdur.

İkinci yerdə olan İsveçrənin Ermənistana ayırdığı yardımın həcmi 800 min dollardır. Yardımın böyük hissəsi dərman preparatlarından ibarətdir.


Story Code: 63142

News Link :
https://www.islamtimes.org/az/news/63142/abş-ermənistana-humanitar-yardımı-12-dəfə-artırdı

Islam Times
  https://www.islamtimes.org