QR CodeQR Code

Türk bərəsi yüzlərlə liviyalını xilas etdi

4 Apr 2011 22:27

IslamTimes - Türkiyənin "Ankara" bərə-hospitalı yüzlərlə liviyalı yaralını Misrata şəhərindən üsyançıların nəzarətindəki Benqaziyə aparıb


Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Türkiyənin "Ankara" bərə-hospitalı yüzlərlə liviyalı yaralını Misrata şəhərindən üsyançıların nəzarətindəki Benqaziyə aparıb.
Misrata Liviyanın qərbində yeganə şəhərdir ki, üsyançıların nəzarətindədir. Şəhər uğrunda həftələrdən bəri hökumətpərəst qüvvələrlə döyüşlər gedir.
Türkiyəyə məxsus "Ankara" bərəsinin göyərtəsində 250 yaralı liviyalı olub və onların əksəriyyətinin vəziyyəti ağırdı.
Gəmidə Misuratada çalışan həkimlər üçün dərman preparatları da vardı.
Yaralılar gəmiyə yerləşdirəndən sonra "Ankara" limanı tələsik tərk etməli olub, çünki yüzlərlə liviyalı gəmiyə minərək döyüş gedən şəhərdən qaçmaq istəyirdilər.


Story Code: 63180

News Link :
https://www.islamtimes.org/az/news/63180/türk-bərəsi-yüzlərlə-liviyalını-xilas-etdi

Islam Times
  https://www.islamtimes.org