QR CodeQR Code

Xristian ölkəsində rəsmi şəkildə Hicab günü keçiriləcək

Islamazeri , 29 Apr 2017 16:52

Islamtimes - Cənub-Şərqi Asiya ölkəsində Hicab günü keçiriləcək.


İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Filippinin Parlament Komitəsi yeni qanun layihəsini qəbul edib. Həmin qanuna əsasən, fevral ayının 1-i rəsmi şəkildə Milli Hicab Günü kimi hesab ediləcək. Qəbul edilmiş sənədin müəllifi Anak Mindanao Partiyasından olan deputat Sitti Caliya Turabin-Hatamandır.

Milli Hicab Günü münasibəti ilə keçiriləcək tədbirlərin təşkil edilməsi ilə Filippin Müsəlmanlarının İşləri üzrə Komissiya məşğul olacaq.

Bu günün dövlət səviyyəsində keçirilməsinin məqsədi hicabın İslamın vacib əməllərindən biri olması haqda və yanlış düşüncələrlə mübarizədə məlumatlılığın artırılmasıdır.


Story Code: 631998

News Link :
https://www.islamtimes.org/az/news/631998/xristian-ölkəsində-rəsmi-şəkildə-hicab-günü-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org