QR CodeQR Code

Misirdə 14 fələstinli məhbus azad edilib

6 Apr 2011 06:30

IslamTimes - Misir hüquq mühafizə orqanları Qəzza zolağından olan 14 fələstinli məhbusu azad edib


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı "Əl-Qüds" radiosu yayıb. 

Məhbusların azad olunması barədə qərarı Misir prezidenti Hüsnü Mübarəkin istefasından sonra ölkədə hakimiyyəti qəbul etmiş Silahlı Qüvvələrin Ali Şurası verib.

Hüquq müdafiəçilərinin sözlərinə görə, Misir həbsxanalarında hələ də 19 fələstinli qalmaqdadır.


Story Code: 63439

News Link :
https://www.islamtimes.org/az/news/63439/misirdə-14-fələstinli-məhbus-azad-edilib

Islam Times
  https://www.islamtimes.org