QR CodeQR Code

Polis iki nəfəri qanına qəltan etdi

Lent.az , 6 Apr 2011 11:06

IslamTimes - Hadisəni törədən şəxs Nəsimi RPİ-nin əməkdaşıdır


Aprelin 6-da keçən gecə saat 02 radələrində Bakıda bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsində işləyən çavuş Elşad Həsənəliyev Səbail rayonu Əliyev küçəsindəki mənzildə, mübahisə zəminində 1985-ci il təvəllüdlü qaynı, Biləsuvar rayon sakini Əliyev Ülvi Rafiq oğlunu bıçaqlayıb. Bıçaq 26 yaşlı Ü.Əliyevin kürəyindən dəyib. Bu zaman E.Həsənəliyev onu sakitləşdirmək istəyən xalası, 1967-ci il təvəllüdlü Qurbanova Hökuməyə də bıçaqla xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. H.Qurbanovanın xəsarəti nisbətən yüngül olduğundan ona ambulator müalicə yazılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.


Story Code: 63477

News Link :
https://www.islamtimes.org/az/news/63477/polis-iki-nəfəri-qanına-qəltan-etdi

Islam Times
  https://www.islamtimes.org