QR CodeQR Code

OBAMANIN BƏYƏNATI ƏRƏB VƏ ISLAM DÖVLƏTLƏRINI ALDATMAYACAQ!

İslam-Azeri.az , 8 Jun 2009 09:00

İraqın siyasi və dini liderlərindən olan Seyyid Müqtəda Sədr Obamanın çıxışına münasibət bildirib.


İslam-Azeri-nin Əl Sumariyə telekanalına istinadlı xəbərinə görə İraqın siyasi və dini liderlərindən olan, Sədr qrupunun lideri Seyyid Müqtəda Sədr ABŞ prezidenti Barak Obamanın Qahirədəki çıxışını tənqid edən çıxış edib.


"Bu bəyənatlar ərəb və islam dövlətlərini aldatmayacaq. Biz hal hazırki vəziyyətdə heç vaxt ABŞ rəhbərliyinin sözlərinə inanmayacağıq. Əlbəttə ki, öz sözlərini inandırıcı göstərməsi üçün ABŞ ordusu İraqdan, Əfqanıstandan çıxarılmalı və İsrail rejiminə dəstəyini dayandırmalıdır"-deyən Seyyid Müqtəda Sədr Obamanın ABŞ siyasətini dəyişdirə bilməyəcəyinə işarə edib: "Obama ABŞ siyasətini dəyişmək iqtidarında deyil. ABŞ-ın qərarları və siyasəti İslam ilə ziddiyət yaradır"-deyib.


Story Code: 6348

News Link :
https://www.islamtimes.org/az/news/6348/obamanin-bəyənati-ərəb-və-islam-dövlətlərini-aldatmayacaq

Islam Times
  https://www.islamtimes.org