QR CodeQR Code

Ən cavan prezidentin xanımı ilə bağlı seçimi hər kəsi təəccübləndirir (FOTO)

9 May 2017 10:06

IslamTimes - Fransanın ən cavan prezidentinin xanımı ilə bağlı seçimi də hər kəsi təəccübləndirib.


"IslamTimes" Fransa KİV-nə istinadən xəbər verir ki, bu ölkənin yeni seçilmiş prezidenti Emanuel Makronun necə ailə qurması ilə bağlı KİV-də maraqlı xəbərlər yer alıb.
Fransanın ən cavan prezidenti kimi tanınan Makron təkcə bununla diqqəti üzərinə çəkməyib. Yeni prezidentin xanımı ondan nə az nə çox, tam 25 yaş böyükdür. Fransanın yeni birinci xanımı (Brigitte Marie-Claude Macron) Emanuel Makronun ədəbiyyat müəlliməsi olub. Makron 15 yaşında olarkən öz müəlliməsinə aşiq olub. Ailəsi müəlliməyə övladlarından uzaq durması ilə bağlı xəbərdarlıq etsələr də onların eşq macərası bitməyib və 3 uşaq anası olan müəllimə həyat yoldaşından ayrılaraq 2007-ci ildə rəsmi şəkildə Emanuel Makronla evlənib.


Story Code: 634952

News Link :
https://www.islamtimes.org/az/news/634952/ən-cavan-prezidentin-xanımı-ilə-bağlı-seçimi-hər-kəsi-təəccübləndirir-foto

Islam Times
  https://www.islamtimes.org