QR CodeQR Code

Tramp Ərdoğandan amerikalı keşişin azadlığa buraxılmasını xahiş edib

17 May 2017 12:52

IslamTimes - ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı FETÖ ilə əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılmasını xahiş edib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. “Prezident Tramp keşiş Endryu Bransonun həbsi məsələsini qaldıraraq, Türkiyə hökumətindən onun tezliklə ABŞ-a göndərilməsini təmin etməyi xahiş edib”, - deyə məlumatda bildirilir. Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra FETÖ ilə əlaqədə ittiham olunaraq həbs edilən şəxslər arasında amerikalı keşiş Endryu Branson da var. Onun barəsində 2016-cı ilin oktyabrından həbs qətimkan tədbiri seçilib.


Story Code: 637657

News Link :
https://www.islamtimes.org/az/news/637657/tramp-ərdoğandan-amerikalı-keşişin-azadlığa-buraxılmasını-xahiş-edib

Islam Times
  https://www.islamtimes.org