0
Wednesday 17 May 2017 - 12:59

Hizbullah: "BMT ABŞ-ın sözçüsü olduğu müddətdə tərəfsiz ola bilməz"

Story Code : 637659
Hizbullah: "BMT ABŞ-ın sözçüsü olduğu müddətdə tərəfsiz ola bilməz"
Deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, BMT-nin Livan üzrə xüsusi nümayəndəsi Siqrid Kaaqı qəbul edən Şeyx Nəim Qasım görüşdə bölgədəki son prosesləri qiymətləndirib: "BMT-nin baş katibi Antonio Quterresin hesabatı işğalçı İsrail rejimi qarşısında müdafiə və müqavimət göstərən Hizbullaha qarşı düşməncəsinə edilən bir hesabatdır. Bu hesabat Amerika və İsrail rejiminin münasibəti ilə uyğunluq təşkil edən bir hesabat olub, müqavimətə və onun roluna qarşı təhrikində ümidsiz bir cəhddir. Bu hesabatda dəfələrlə düşmənçilik ifadələri qeyd olunub. Hizbullahın dünyanın istismarçı ölkələrinin siyasi və beynəlxalq maneələrini sındırmasında və Suriyada hökumət və müqavimət vektorunun əməkdaşlığı ilə təkfirçi layihələri, eləcə də Yeni Yaxın Şərq layihəsinə ağır bir zərbə vurmasındakı qələbələri səbəbilə böyük bir məğlubiyyətə düçar olduqları və ciddi məyus olduqları başa düşülə bilər. BMT-nin baş katibi Amerikanın diktə etdiklərinə itaət etdiyi müddətə kimi, tərəfsiz və sülh rolunu icra edə bilməz. Bu qurum vəzifəsini İsrail rejiminin mənfəətlərini müdafiə edərək və məzlum Fələstin xalqının və məhbuslarının azadlıqlarına kömək etməyərək, çirkləndirəcək və kafirlərin regional vasitələrlə günahsız xalqa qarşı həyata keçirdiyi hücumlar qarşısında səsini yüksəltməyəcək. Biz haqqın batil qarşısındakı mübarizəsinin qalib gələcəyinə və işğal edilən torpaqların azad ediləcəyinə inanır və güvənirik". Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterres fevral ayında Hizbullaha qarşı bir hesabat təqdim etmişdir. Həmin hesabatda Hizbullahın silahlı təşkilat olmasının Livan hökumətinin gücünü təhlükəyə atacağı vurğulanmış və bu məsələnin Livanın 1559 və 1701 sazişlərinin verdiyi sözlərlə zidd təşkil etdiyi açıqlamışdı. Hizbullah isə Antonio Quterres tərəfindən təqdim olunan bu hesabatı "içi boş təbil" kimi səciyyələndirmişdi.
Comment