0
Wednesday 17 May 2017 - 15:43

“Bakı-2017”: güləşçilərimiz FİNALDA - FOTO (YENİLƏNİR)

Story Code : 637736
“Bakı-2017”: güləşçilərimiz FİNALDA - FOTO (YENİLƏNİR)
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. Final uğrunda mübarizədə güləşçimizin rəqibi Özbəkistan təmsilçisi Rüstəm Assakalov olub. O.Nuriyev rəqibinə 5:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. *** Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. Final uğrunda mübarizədə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub. R.Hüseynov rəqibinə vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. *** IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır. Mayın 17-də - yarışların ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar xalça üzərinə çıxırlar. Gün ərzində dörddəbir final mərhələsində 59 kiloqram çəki dərəcəsində komandamızın üzvlərinin iştirakı ilə aşağıdakı görüşlər keçiriləcək: Murad Məmmədov - M.Nurbaxş (İran), 71 kiloqramda A.Budjemline (Əlcəzair) - Rəsul Çunayev, 80 kiloqramda A.Azisbekov (Qırğızıstan) - Rafiq Hüseynov, 98 kiloqramda T.Raza (Pakistan) - Orxan Nuriyev Final görüşləri isə saat 18:00-da başlayacaq.
Comment