QR CodeQR Code

Hərbi cinayətlərdən çirkin bir oyun

7 Apr 2011 14:01

IslamTimes - İsrailin prezidenti Şimon Peres Qoldstonun İsraildən üzr istəməsini tələb etdi


22 günlük İsrail-Qəzzə qarşıdurması, daha doğrusu Tel-Əvivin Qəzzaya təcavüzünü hakim Riçard Qoldston məhkum etdi. BMT-nin xüsusi komisiyasında çalışan bu hakimin sonradan mövqeyini dəyişməsi təəssüf doğurmaya bilməz.

Bu hakim təzyiqlər ardınca öz mövqeyini elə bir şəkildə dəyişmişdir ki, heç vəchlə qəbul olunası deyil. Bu barədə İslam Respublikası (“Cumhuriye İslami”) qəzeti yazır.

Qoldston məlum cinayət işi ilə bağlı məsuliyyəti ötən il öz üzərinə götürmüşdü. O 575 səhifəlik məruzəsində dəfələrlə sionist rejimi hərbi cinayətlərinə görə ittiham edir, mülki sakinlərə qarşı qeyri-humanist addımları pisləyir, şəhərlərin dağıdılmasını məhkum edir.

Əslində Qoldstonun məruzəsi sionizmin cinayətlərinin çox kiçik bir hissəsini əks etdirirdi. İsrailin dünya boyu cinayətlərini nəzərə aldıqda bu cinayət kiçik bir nümunə idi.

İndi isə bu yəhudi hakim Vaşinqton Post qəzetində dərc olunmuş məqaləsində heyrətamiz iddialarla çıxış edib. O yazır: “HƏMAS-ın raketlərlə həyata keçirdiyi cinayətlər bilərəkdən və mülki əhaliyə qarşı olub. Bu gün mənim ixtiyarıma verilən daha güclü informasiyalar 22 günlük müharibə ilə bağlı araşdırmaların gedişatını dəyişir. Qəzzada kütləvi qətliamlar proqramlı əməliyyat yox, İsrail əskərlərinin səhvləri üzündən baş verib. Mülki fələstinlilərin qətliamını araşdıran qrup 29 fələstinlinin qətlini səhv adlandırıb. Vaşinqton Postda dərc olunmuş məqalədə yəhudi hakimə Amerika və sionist lobbilərinin müştərək təzyiqləri göz qabağındadır.

Hələ ki, Qoldstonun bu dərəcdə fərqli bəyanatlarının səbəbləri aydın deyil. Vəhşi işğalçıları müdafiə etmək, HƏMAS-ı hərbi cinayətkar adlandırmaq bir daha göstərir ki, dünya miqyasında həqiqət nisbi bir anlayışdır, təzyiqlər və şirnikləndirmə yolu ilə ona münasibəti dəyişmək olur.

Bu təzyiqlər sayəsində işğalçı müttəhimlər kürsüsündən qaldırılır və iddiaçı qismində çıxış edir. Məlum məruzənin ardınca İsrailin Hərb Naziri Ehud Barak dərhal onun ləğvini tələb etdi. Onun ardınca İsrailin baş naziri Benyamin Netanyahu eyni mövqeyini nümayiş etdirərək Qoldstonun məruzəsini hədəfə aldı. Onların nəzərincə Qoldstonun hesabatı tarixin zibilxanasına atılmalıdır. Amma İsrailin prezidenti Şimon Peres daha irəli gedərək Qoldstonun İsraildən üzr istəməsini tələb etdi.

Bu hadisə pərdə arxasında həqiqətlərin baş ayaq çevrildiyini aşkar göstərir. Göründüyü kimi bir o qədər də sərt olmayan Qoldston öz mövqeyini dəyişərək vətənini müdafiə edən HƏMAS və başqalarını hərbi cinayətlərdə ittiham edir. Amma əsil cinayətlər kameralar qarşısında baş vermişdi və bütün dünya buna şahid olmuşdu. İşğalçı sionistlərin qadınlar, uşaqlar və qocalara qarşı 22 gün uzanmış vəhşi cinayətlərini bu gün sadəcə səhv adlandırmaq necə qiymətləndirilə bilər?!

Qoldston hesabatının ardınca sionistlərin müdafiə olunması və ittihamların HƏMASA yönəldilməsi göstərir ki, dünya birliyi ABŞ və İsrailin əlində oyuncaqdır.

Qoldstonun mövqeyini dəyişməsi və tam əks mövqedən çıxışı dünya birliyinin heysiyyətinə bir zərbə oldu. Axı necə ola bilər ki, beynəlxalq təşkilatın rəsmi bir şəxsi həmin təşkilata məxsus rəsmi bir sənədi bir anda şübhə altına alsın, milyon yarım (1, 5 milyon) fələstinliyə qarşı aparılmış 22 günlük vəhşi müharibə hədəfdən yayındırılsın?!

Bu mövzu ona görə çox əhəmiyyətlidir ki, Qəzza sektorunun mühasirəsi hələ də davam edir və cəhənnəmə döndərilmiş bu açıq həbsxana dünya birliyinin gözü qarşısında cinayətlərə hədəf olur.

Axı necə ola bilər ki, bəşəriyyətin gözü qarşısında baş vermiş belə bir faciəni pərdələyəsən?! Yəhudi mənşəli Qoldstonun mövqeyini dəyişməsi və öz kimliyini ortaya qoyması o qədər də gözlənilməz deyildi. Təəccüblü budur ki, belə bir qlobal cinayət, qətliam necə ört-basdır edilə bilər?!

Hazırda BMT, bu beynəlxalq təşkilatın insan haqqları komissiyası böyük bir sınaq qarşısındadır. Bu hadisə tarixi həqiqətlərin müasir dünyada oda çəkilməsinin bir nümunəsidir. Məlum hesabat bütün dünyaya elan olunduğu halda birdən-birə münasibt dəyişmiş, böyük bir qətliam hərbi bir səhv kimi göstərilmişdir. Bundan sonra hansı addımın atılacağından asılı olmayaraq, Qoldston və onun kimiləri ABŞ və sionizmin həyasızlığını pərdələyə bilməyəcək. Əksinə bu hadisədən sonra beynəlxalq təşkilatların kimliyi şübhə altına düşüb.

Maraqlıdır ki, Ərəb və İslam dünyası bu dönüşü necə qiymətləndirəcək? Səudiyyə Ərəbistanı və digər krallıqların mövqeyi öncədən məlumdur. Bu müstəbidlər tərəfindən maddi dəstək verilmiş sionist ordusunun qətliamlarının hərbi səhv adlandırılması həm adi, həm də utanc gətiricidir. 

"IslamTimes" - Tərcümə şöbəsi


Story Code: 63796

News Link :
https://www.islamtimes.org/az/news/63796/hərbi-cinayətlərdən-çirkin-bir-oyun

Islam Times
  https://www.islamtimes.org