0
Wednesday 24 May 2017 - 15:38

Dini Komitə sədri: “Evdə “Quran kursu” yaratmaq olmaz”

Story Code : 640037
Dini Komitə sədri: “Evdə “Quran kursu” yaratmaq olmaz”
İslamazeri.com Report- a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bütün “Quran” kursları QMİ tərəfindən qeydiyyata alınmalı və rəsmiləşdirilməlidir: “Əks halda hansısa axund və imam bu işdə səlahiyyətli olsa da, dərhal hüquq və qanunla üz-üzə qalacaq. “Quran kursu” adı altında səlahiyyati və təyinatı olmayanlar gəncləri radikal qrupun təsiri altına sala bilər. Nəyin bahasına olursa-olsun, kənardan ümumi islami dəyərlərə xələl gətirən və zərbə vuran cərəyanların ayaq açmağına yol verməməliyik”.
Source : Islamazeri
Comment