QR CodeQR Code

İraqda ABŞ əleyhinə kütləvi nümayişlər keçiriləcək

9 Apr 2011 06:15

IslamTimes - Bu gün İraqda Bağdadın koalisiya qüvvələrinin əlinə keçməsinin 8-ci ildönümü ilə bağlı kütləvi antiamerika nümayişləri keçiriləcək


«Etiraz aksiyaları ABŞ işğalçı qoşunlarının baza və düşərgələrinin mövcud olduğu yerlərdə, həmçinin İraq şəhərlərinin mərkəzi meydanlarında keçiriləcək», deyə şiə «Əs-Sədr hərəkatı»nın rəhbərlərindən biri Saleh əl-Übeydi bəyan edib.

Nümayişlər «İraqa hə! Amerikaya yox!», «İşğalçılar, İraqdan rədd olun!» şüarları altında keçiriləcək.

Bir sıra İraq tayfaları və «İraq xilası uğrunda xalq cəbhəsi» də aksiyaya qoşulacaqlarını bəyan ediblər.


Story Code: 64041

News Link :
https://www.islamtimes.org/az/news/64041/iraqda-abş-əleyhinə-kütləvi-nümayişlər-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org