0
Friday 26 May 2017 - 17:00

Pakistanın televiziya kanalı: İran regionda Amerikanın gözünə tikan kimi batır

Story Code : 640614
Pakistanın televiziya kanalı: İran regionda Amerikanın gözünə tikan kimi batır
Verlişin qonaqları Pakistan baş nazirinin qanun işləri (daxili qanunlar) və insan hüquqları üzrə müşaviri, çoxlu kitabların müəllifi olan Zəfərullah xan və Təhriki-İnsan Partiyasının (PTI) Pakistan Parlamentində nümayəndəsi, universitet müəllimi doktor Şirin Məzari idi.
Verlişdə qonaqlara Riyazda baş tutan ərəb-Amerika toplantısı, İran və ABŞ-la bağlı suallar verildi. Bu sual-cavablardan ikisini sizə təqdim edirik:
Sual: ABŞ prezidentinin Ərəbistana səfəri radikallıq və terrorçuluğu azaldacaq, ya çoxaldacaq?
Zəfərullah Xan: ABŞ Böyük Britaniyanın tarixindən ibrət almalıdır (və onun Pakistanda buraxdığı səhvləri təkrar etməməlidir). Biz ABŞ-a kömək etdik, ancaq bu ölkə həmişə Pakistanı tək qoydu və bizim problemlərimizdən qaçdı. 11 sentyabr hadisəsinə görə biz çoxlu qurbanlar verdik, amma razılaşma və müqavilə zamanı gəldikdə Amerika Hindistana tərəf getdi və Pakistan qurbanları unuduldu. Məncə, ABŞ sizə ehtiyacı olana qədər sizin yanınızdadır və sizin probleminizi həll etmək zamanı yetişdikdə sizdən uzaqlaşacaq. Bu, bizim öz səhvimizdir və indi zirəngliklə ondan qaçmalıyıq.
Sual: ABŞ səfiri Pakistanın ordusunun komandanı general Qəmər Cavidlə görüşdü. Bu görüş Pakistanı Riyaz konfransına razı salmaq üçün təlaşdırmı?
Doktor Şirin Məzari: Tramp və Salman bin Əbdüləziz birlikdə İranı hədəfə alıblar. ABŞ ərəb ölkələrini tədriclə parçalaya bilmişdir. İndi də İranın regionda nüfuzunun artmasından şikayətlənir. Hal-hazırda regionda Amerikanın gözünə tikan kimi batan təkcə İrandır. Tramp terrorizmə qarşı mübarizə aparmaqda Pakistanın adını çəkməməklə bizim dövlətimizə və xalqımıza qarşı böyük insafsızlığa yol verdi. Çünki Pakistan bütün vücudu ilə terrorizmə qarşı mübarizə aparan bir ölkədir.

Nur-az.com
Source : Nur.az.com
Comment