0
Saturday 9 April 2011 - 12:33

Ərdoğan AŞPA-da çıxış edəcək

Story Code : 64092
Ərdoğan AŞPA-da çıxış edəcək
Ərdoğan AŞPA-da çıxış edəcək
Baş nazir Rəcəb Tayyib Ərdoğan aprelin 11-15-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Fransaya səfər edəcək.

Turkiyə Baş Nazirlikdən verilən açıqlamaya görə, qonaq hökumət başçısı qismində sessiyada iştirakı olanlaşdırılan Ərdoğan aprelin 13-də AŞ PA-da çıxış edəcək.

Strasburq səfəri çərçivəsində Ərdoğan AŞ baş katibi Torborn Yaqland və AŞ PA prezidenti Mövlud Çavuşoğlu ilə görüşəcək və bəzi ikitərəfli görüşlər keçirəcək.

AŞ PA-nın qərarverici orqanı olan Nazirlər Komitəsinə sədrlik edən xarici işlər naziri Əhməd Davudoğlu da sessiyada iştirak edəcək. Davudoğlu aprelin 12-də AŞ PA Nazirlər Komitəsinin hesabatını təqdim edəcək.


Source : XezerXeber
Comment