0
Sunday 28 May 2017 - 02:42

Fələstinə dəstək verdiyinə görə ABŞ İrana yeni sanksiyalar hazırlayıb

Story Code : 641075
Fələstinə dəstək verdiyinə görə ABŞ İrana yeni sanksiyalar hazırlayıb
İslamazeri.com “Farsnews”-a istinadən xəbər verir ki, ABŞ-ın qanunvericilik məclisinin nümayəndələri İrana qarşı yeni sanksiya layihəsi hazırlayıblar. Layihəni dünən hazırlayan 4 məclis üzvü Fələstinin HƏMAS və “İslami Cihad” qruplarına dəstək olan dövlət, təşkilat və şəxslərə qarşı sanksiya tətbiq olunmasını istəyiblər.

Dörd nəfərdən biri olan Brayn Mast bu barədə şəxso bloqunda bildirib: “HƏMAS, İsrailin və bizim də dəstəklədiyimiz dəyərlərin məhvi üçün çalışan bir hərəkatdır. Bu layihənin xüsusi bir qrupa aid olmaması onun göstəricisidir ki, sağ və sol partiyasından asılı olmayaraq haqq - batil mövzusunun gündəmdə qalmışdır.”

Bu məsələyə münasibət bildirən və HƏMAS-ı əsassız şeylərlə ittiham edən Ed Roys “HƏMAS İsrail və ABŞ-a hücum edən İranın nümayəndəsidir. Məsələ çox sadədir! HƏMAS-a dəstək olanlara qarşı embarqo tətbiq olunmalıdır.”, - deyə əlavə edib.
Source : İslamazeri
Comment