QR CodeQR Code

Yəmən qaynayır: on minlərlə insan küçələrə çıxıb

9 Apr 2011 17:56

IslamTimes - Onlar ölkə prezidentinin istefasını tələb edirlər.


Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, Yəməndə etiraz aksiyaları davam edir. Tais şəhərində 100 min insan küçələrə çıxıb.

Kütləvi etiraz aksiyalarının səbəbi dünən şəhərdə nümayişin dağıdılmasıdır. Aksiya dağıdılarkən 4 nümayişçi ölüb, 400 nəfər yaralanıb.

Nümayişçilər baş verənlərdə yerli hakimiyyət dairələrini, DİN başçısını, ölkə parlamentini və prezident Əli Abdulla Salehin başçılıq etdiyi iqtidar partiyasını günahlandırırlar.

Fevralın ortalarında, Tunis və Misirdən sonra xalq etirazlarının başlandığı Yəməndə aksiyalar zamanı artıq 120 nəfər həlak olub. 


Story Code: 64169

News Link :
https://www.islamtimes.org/az/news/64169/yəmən-qaynayır-on-minlərlə-insan-küçələrə-çıxıb

Islam Times
  https://www.islamtimes.org