QR CodeQR Code

ABŞ Rusiya və Çinə qarşı sanksiyaları daxil etdi

1 Jun 2017 23:52

IslamTimes - ABŞ Pxenyanın nüvə proqramı ilə əlaqədar Rusiya, Koreya Xalq Demokratik Respublikası və Çin vətəndaşları barəsində sanksiyaları qəbul edib.


Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
Qeyd edilir ki, sanksiyalar altına üç Rusiya şirkəti və Rusiyanın bir vətəndaşı düşüb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar “Rosneft”in keçmiş rəhbəri Eduard Xudaynatov və “NNK-Primorsknefteprodukt” kampaniyasına qarşı tətbiq edilib. Sanksiyaların altında düşmüş üçüncü şirkət Moskvada qeydə alınmış “Ardis-Bearings LLC”-dir. Onun baş direktoru İqor Miçurinin “Korea Tangun Trading Corporation” şirkəti ilə bağlı olduğu bildirilir.
Bundan başqa, sanksiyaların altına Koreya Xalq Ordusu və Koreya Xalq Demokratik Respublikasının Müdafiə Nazirliyi düşüb.


Story Code: 642582

News Link :
https://www.islamtimes.org/az/news/642582/abş-rusiya-və-çinə-qarşı-sanksiyaları-daxil-etdi

Islam Times
  https://www.islamtimes.org