0
Sunday 10 April 2011 - 06:06

Politoloq: "Bəhreyndəki repressiyalar ABŞ-ın təşəbbüsüdür"

Story Code : 64263
Bəhreyn - inqilab
Bəhreyn - inqilab
“Bəhreyndəki repressiyalara amerikalılar təhrik ediblər. Bütün bu hadisələrin arxasında onlar dayanır, çünki onların xarici siyasətini sionist İsrail idarə edir. ABŞ Yaxın Şərq regionunda istənilən rejimi devirmək qüdrətinə malikdir, lakin bunu eləmir. Faşizmin ən mərkəzində passiv və qorxaq müttəfiqləri durur. Bu müttəfiqlərdən biri də Böyük Britaniya Birləşmiş Krallığıdır. Bu qüvvələr demokratik inqilabların sıxışdırılması üçün bütün vasitələrdən istifadə edirlər. Hazırda Bəhreyn hökuməti tərəfindən aparılan təmizləmə işləri ilə bağlı siyasi maarifləndirmə lazımdır. Bu, getdikcə artan faşizmdir”,- deyə Rodni Şekspir bəyan edib.

Politoloq qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməlidir ki, dinc nümayişçilərə qarşı zorakılıq edənlərə qarşı ittiham irəli sürülsün. /ABNA/


Comment