QR CodeQR Code

Yəmən qüvvələri Taizzdə Səudiyyə rejiminin 68 muzdlusunu zərərsizləşdirdi

Deyerler , 3 Jun 2017 01:05

Islamtimes - Yəmənin Taizz əyalətinin Moxa limanında Səudiyyə rejiminin koalisiya qüvvələri ilə Yəmən qüvvələri arasında güclü qarşıdurma baş verib.


Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə rejiminin muzdlularının Moxa limanının şərqində yerləşən Nabizə dağının şimalında irəliləyişinin qarşısını alıb.

Xəbər mənbələri bu toqquşmalarda Səudiyyə rejiminin 20 muzdlusunun öldürüldüyünü və 48 muzdlunun da yaralandığını açıqlayıb.

Yəmənin hərbi mənbələrindən biri öldürülənlər arasında işğalçıların bəzi komandirlərinin də öldürüldüyünü deyib. Yəmənin cənubunda İŞİD-in komandirlərindən biri olan Əbu Faras Əl-Adna, Əbdülqədir Əl-Sabihi, Yasir Əl-Katibi Əl-Rədəfani, Əbdülkərim Əl-Alkami və Rəmzi Əl-Sabihi bu toqquşmalar vaxtı öldürülən komandirlərdir.


Story Code: 642780

News Link :
https://www.islamtimes.org/az/news/642780/yəmən-qüvvələri-taizzdə-səudiyyə-rejiminin-68-muzdlusunu-zərərsizləşdirdi

Islam Times
  https://www.islamtimes.org