QR CodeQR Code

03 İyun 2017 Tbilisidə Heydər Əliyevin memorialını qırmızı rənglə boyadılar

Nur-az.com , 3 Jun 2017 16:20

İslamtimes - İyunun 3-də gecə naməlum şəxslər Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin memorialını qırmızı rənglə boyayıb.


Bu barədə “jam-news.net” saytı məlumat yayıb.

Bir neçə gündür Gürcüstan jurnalistləri və fəalları azərbaycanlı jurnalist Əfqan Muxtarlıya dəstək aksiyası keçirirlər.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da axşam Tbilisinin mərkəzindən yoxa çıxıb, amma onun üzərində xarici pasportu olmayıb. Bir neçə saat sonra Muxtarlı Bakıda, istintaq təcridxanasında olub.

Jurnalist Əfqan Muxtarlı 2014-cü ildə Gürcüstana gedib və o, fəaliyyəti dövründə Azərbaycan hakimiyyətindən təzyiqlərə məruz qalıb.

Jurnalist bildirib ki, onu mayın 29-da Tbilisidə gürcü dilində danışam şəxslər saxlayıblar.

Azərbaycan tərəfi Muxtarlının qanunsuz şəkildə üzərində on min avroyla sərhədi keçərkən saxlanıldığını deyir və Gürcüstan hüquq-mühafizə orqnaları bu deyilənləri təkrarlayır.

Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.

Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir.

Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.


Story Code: 642975

News Link :
https://www.islamtimes.org/az/news/642975/03-iyun-2017-tbilisidə-heydər-əliyevin-memorialını-qırmızı-rənglə-boyadılar

Islam Times
  https://www.islamtimes.org