QR CodeQR Code

Tramp Londonun ilk müsəlman merini tənqid etdi

4 Jun 2017 21:59

IslamTimes - ABŞ prezidenti Donald Tramp Londonun meri Sadiq Xanın şəhərdə baş verən terror hadisəsindən sonra verdiyi açıqlamanı pisləyib.


“Qafqazinfo” xəbər verir ki, prezident bu barədə Tvitter-də yazıb. Belə ki, Sadiq Xan hadisədən sonra verdiyi şərhdə sakinlərə “narahat olmayın”, - deyə müraciət edib.
 
Tramp isə bu məsələyə belə münasibət bildirib: “Ən az 7 ölü və 48 yaralı var. Londonun meri isə deyir ki, narahatlığa heç bir əsas yoxdur”.
 
Qeyd edək ki, Sadiq Xan bildirmişdi ki, parlament seçkilərini 4 iyun gecəsi baş verən terror hadisəsi ilə bağlı təxirə salmağa ehtiyac yoxdur.
 
Xatırladaq ki, Sadiq Xan Böyük Britaniyanın Leyboristlər Partiyasından mer seçilmiş ilk müsəlmandır.


Story Code: 643270

News Link :
https://www.islamtimes.org/az/news/643270/tramp-londonun-ilk-müsəlman-merini-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org