QR CodeQR Code

İmam Xomeyninin vəfatından 28 il ötür

4 Jun 2017 22:46

IslamTimes - Bu gün İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 28-ci il dönümüdür.


1902-ci ilin sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olan İmam Xomeyni yüksək elmi savada, əxlaqi məqama və siyasi nüfuza malik olub.
 
O, Şah rejiminin qanunsuzluqlarına dəfələrlə etiraz etdiyi üçün əvvəlcə Türkiyəyə, daha sonra İraqa, buradan da Fransaya sürgün edilib.
 
Bir müddət Paris ətrafındakı Nofl-le-Şato şəhərciyində yaşayıb. Ölkəsindən çox uzaqda olmasına baxmayaraq İmam Xomeyninin səs yazıları İrana gətirlərək daha çox insanın inqilab ruhiyyəsində yetişməsinə səbəb olub.
 
1979-cu ildə artan etiraz dalğasından sonra Şah Rza Pəhləvinin ölkədən qaçması ilə Ruhullah Musəvi Xomeyni İrana qayıdıb.
 
Keçirilən referendum ilə ölkənin nizamı İslam Respublikası olaraq qurulub və İmam Xomeyni Ali Dini lider olaraq fəaliyyətini davam etdirib.
 
İmam Xomeyni insanları daim şiə sünni qardaşlığına çağırmış, məzhəb ixtilaflarına son qoymağa və şiə sünni bir yerdə Amerikaya və sionist İsrailə qarşı vahid islam cəbhəsi yaratmağa səsləyib.
 
1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat edib.


Story Code: 643284

News Link :
https://www.islamtimes.org/az/news/643284/imam-xomeyninin-vəfatından-28-il-ötür

Islam Times
  https://www.islamtimes.org