0
Sunday 4 June 2017 - 22:53

Bəhreynli xanım hüquq müdafiəçisinin istintaqı və ona verilən işgəncələr

Story Code : 643285
Bəhreynli xanım hüquq müdafiəçisinin istintaqı və ona verilən işgəncələr
SizinYol xarici mediaya istinadən xəbər verir: Bəhreynli xanım hüquq müdafiəçisi Ebtesam Əl-Saiğin və digər fəalların Bəhreyn Milli Təhlükəsizlik Xidməti tərəfindən sorğuya çəkilməsi və işgəncəyə məruz qalması barədə üç məlumat yayılıb.
Front Line Defenders xəbər verir ki, xanım Ebtesam Əl-Saiğ Bəhreyn təhlükəsizlik qüvvələrində sorğu zamanı işgəncələrə, hətta cinsi zorakılığa məruz qalıb. 7 saat uzanan sorğuda xanim Ebtesam Əl-Saiğ dəfələrlə huşunu itirib. Onu hədələyiblər ki, Salam mərkəzindən istefa verməsə ona cinsi təcavüz olunacaq.
Beynəlxalq Aministiya Təşkilatı Bəhreyn hökumətindən tələb edib ki, hüquq müdafiəçiləri və müxaliflərin təqibinə dərhal son qoysunlar. İşgəncəyə məruz qalanların öz tvitter səhifəsində siyasi fəaliyyətlərə son qoymaq bəyanatı Əl-Xəlifə rejiminin işgəncələri ilə bağldır.
Huffington Post da Bəhreyn Təhlükəsizlik Xidmətində müxaliflərə verilən işgəncələrdən yazıb.
Comment