0
Sunday 10 April 2011 - 17:05

ABŞ-da irihəcmli aksiya

Story Code : 64398
ABŞ-da irihəcmli aksiya
ABŞ-da irihəcmli aksiya
"IslamTimes" "CBS" telekanalına istinadən xəbər verir ki, Nyu-Yorkda minlərlə insan ABŞ-ın xarici siyasətlərinə, hərbi müdaxilələrinə və ölkədə yaranmış iqtisadi böhran probleminə görə irihəcmli etiraz aksiyası keçirib.

Aksiyada iştirak edən minlərlə amerikalı hakimiyyətin müsəlmanlarla bir olmasını və müharibələrə son qoyulmasını tələb ediblər.

Etirazçılardan biri deyib: "Biz bəzi xüsusi qrupların Amerikaya hakimlik etməsindən bezmişik. Bu qruplar cəmiyyətin yalnız bir faizini təşkil edirlər. Onlar bizi ehtiyacımız olmayan müharibələrə sürükləyirlər. Xalqın ödədiyi vergilər müharibəyə sərf olunur. Nəticədə xalqa ayrılmalı olan ölkə büdcəsi gün-gündən azalır."
Comment