0
Sunday 10 April 2011 - 17:41

İsrail Qəzzada qan tökdü

Story Code : 64424
İsrail Qəzzada qan tökdü
İsrail Qəzzada qan tökdü
Islam times.org/az/ - Həmas, İsrailin Cümə gününün səhəri erkən saatlarda Qəzzaya təşkil etdiyi hava hücumunda altı adamın öldüyünü açıqladı.

Qəzzadə idarəçiliyi əlində tutan fələstinli İslamçı təşkilat, ölənlərdən ikisinin Həmas mücahidi olduğunu təsdiqlədi.

Qəzzadakı mənbələr, hücumda şəhid olanların ən az üçünün dinc sakin olduğunu bildirir.

İsrailin hava hücumu, Həmasın İsrailə atəşkəs təklifindən heç bir gün keçməmiş baş verib.

Xatırladaq ki, Həmas İsrailin Fələstin torpaqlarına hücumlarını dayandırması şərti ilə atəşkəs təklif etmişdi.

Gecə saatlarında bundan qabaq meydana gələn İsrail hücumlarında da dörd Fələstinli yaralanmışdı.

Qəzza sektorunda digər mücahid təşkilatlarla bir araya gələn Həmas, İsrailin hücumları dayandırması şərtiylə atəşkəs elan edilməsini qərarlaşdırmışdı.

Lakin İsrailin sübh saatlarında təşkil etdiyi ölümcül hücum atəşkəsin həyata keçməyəcəyinə bir işarədir.

İsrail tərəfi isə Qəzza sektorundan atılan mərmi hücumlarına cavab verdiyini iddia edir.
Translator :
Source : IslamTimes
Comment