QR CodeQR Code

Ali-Xəlifə 5 məscidi viran qoydu

11 Apr 2011 06:26

IslamTimes - Son günlər Bəhreyndə baş verən hadisələrdə 25-i qadın olmaqla 800 nəfər həbs edilib


"IslamTimes"-in verdiyi məlumata əsasən, Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri Səudiyyə hərbiçilərinin dəstəyi ilə Bəhreyndə yerləşən 5 məscidi viran qoyub. 

Bu hadisə ötən gün Bəhreyn rəsmilərinin iki müxalifin zindanda öldüyü xəbərini təsdiqləməsindən sonra baş verib. 

Belə görünür ki, Bəhreyn rejimini xalq üsyanını yatırmaq üçün yeni üsullara əl atıb. Onlar müqəddəs məkanları viran qoymaqla xalqa zərbə vurmaq istəyirlər. 

Bəhreyndən əldə olunan son görüntülərdə hərbiçilərin əhalinin evlərinə göz yaşardıcı qaz və əl qumbarası atdığı məlum olur. 

Nəzərinizə çatdıraq ki, hüquq müdafiəçilərinin bildirdiyinə əsasən, son günlər Bəhreyndə baş verən hadisələrdə 800 nəfər həbs edilib. Onlardan 25-i qadındır.


Story Code: 64504

News Link :
https://www.islamtimes.org/az/news/64504/ali-xəlifə-5-məscidi-viran-qoydu

Islam Times
  https://www.islamtimes.org