0
Monday 11 April 2011 - 06:32

75 yaşlı Gurcu bir qadın, Ermənistanın internet əlaqəsini çökdürdü

Story Code : 64505
75 yaşlı  Gurcu bir qadın,  Ermənistanın internet əlaqəsini çökdürdü
75 yaşlı Gurcu bir qadın, Ermənistanın internet əlaqəsini çökdürdü
Islam times.org/az/ - Ötən həftə Gürcüstan ilə arasındakı kabellər kəsildiyi üçün Ermənistan saatlarla internetsiz qalmışdı. Bu haqda “news.am” xəbər verib.

Gürcüstan Daxili İşlər Nazirliyi, yaşlı bir təqaüdçü qadının yerdə mis dəmir-dümür axtararkən iki ölkə arasındakı fiberoptik əlaqəyə ziyan verdiyini etiraf etdiyini açıqladı.

Gürcüstanın Ksani kəndində yaşayan qadının yaşlı olduğu üçün həbssiz mühakimə olunmasına qərar verildi.

Günahkar olması vəziyyətində, üç ilə qədər həbs cəzası alması ehtimalı var.
Georgian Railway Telecom adlı şirkətə aid olan kabellər Gürcüstanın şərqinə, Ermənistana internet verir.

Ermənistanın üç internet firması həmin axşam fəaliyyətini dayandırmışdır. Yalnız gecə saatlarından sonra fəaliyyətə başlamışdı.
Reporter :
Source : IslamTimes
Comment