QR CodeQR Code

Sabiq BMT baş katibi: Səudiyyə Ərəbistanı çox kiçikdir, lakin böyük insanlara uyğun xəyallar qurur

İslamazeri , 13 Jun 2017 00:19

Islamtimes - "Ümid edirəm ki, bütün ərəb və islam ölkələri bu böhranda Qətərin tərəfində olacaqlar."


BMT-nin eks baş katibi son Qətər hadisələrinə münasibət bildirib.

İslamazeri.com-un "İVUMPress" saytına istinadən verdiyi xəbərə əsasən, Qətərin bir sıra ərəb ölkələriylə əlaqəsinin kəsilməsinə işarə edən Annan bildirib: “Bəziləri Qətəri terrora dəstək verən ölkələr siyahısına salmaq niyyətindədirlər, bir halda ki, bu ölkə sülhməramlı hərəkatların dəstəkçisidir və bölgənin müxtəlif sahələrində əhəmiyyətli rola sahibdir. Bu qarşıdurmaların Qətərin terrora və ya ifratçı qruplarına verdiyi dəstəklə əlaqəsi yoxdur. İxtilafların əsas səbəbi Qətəri himayə altına almaq, əmirini hörmətdən salmaq və bu ölkənin islami qruplara verdiyi dəstəkdir.”

S. Ərəbistanı krallarını bir tərəfdən ixtilaf odunu qaladıqlarını, digər tərəfdən isə söndürmək istədiklərini deyən Annan bildirib: “Bu ölkə dolları sayəsində Körfəz ölkələrinin dəstəyini öz tərəfinə çəkmək istəyir, lakin bu işin sonu bu ölkələrin birliyinin parçalanmasına səbəb olacaq. Qətər yaxşı bilir ki, S. Ərəbistanının hədəfi onların hörmətini və islami hərəkatlara olan dəstəyini aradan aparmaqdır. Elə bu səbəbdən, təhrikedici addımların önündə durur. Ərəb ölkələrinin Qətərlə əlaqələrini kəsmələrinə səbəb Səudiyyə Ərəbistanının dolları oldu. Ümid edirəm ki, bütün ərəb və islam ölkələri bu böhranda Qətərin tərəfində olacaqlar.”

Annan sözlərinin sonunda bildirib: “Səudiyyə Ərəbistanı çox kiçikdir, lakin böyük insanlara uyğun xəyallar qurur. Bu ölkə heç vaxt islam və ərəb dünyasının rəhbərliyini əldə edə bilməyəcək.”


Story Code: 645478

News Link :
https://www.islamtimes.org/az/news/645478/sabiq-bmt-baş-katibi-səudiyyə-ərəbistanı-çox-kiçikdir-lakin-böyük-insanlara-uyğun-xəyallar-qurur

Islam Times
  https://www.islamtimes.org