Ermənistan parlamentinin sədri Qarabağda cəbhə xəttində
Story Code : 646494
Ermənistan Milli Məclisinin sədri Ara Babloyan iyunun 16-da Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xətində olub. Virtualaz.org xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri” portalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ermənistan parlamentinin spikeri hərbi növbətçiliyin aparılması prosesinin təşkili, sosial-məişət şəraiti ilə tanış olub, hərbçilərlə ünsiyyətdə olub.