0
Friday 23 June 2017 - 17:14

Rus hakerlər Britaniya məmurlarının şifrələrini yaydı

Story Code : 648372
Rus hakerlər Britaniya məmurlarının şifrələrini yaydı
Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri informasiya yayıb. İngilis rəsmilərinə aid şifrələrin rus haker saytlarında satıldığı, bir müddətdən sonra isə pulsuz olaraq paylaşıldığı iddia edilir. Məlumata görə, şifrələri oğurlananlar arasında 1000-ə yaxın millət vəkili və parlament işçisi, 7000 polis, 1000-dən çox diplomat var. Şifrəsi oğurlanan ən yüksək çinli şəxslər kimi Təhsil naziri Castin Qrininq və İş Enerji və Sənaye Strategiyası naziri Qrek Klark göstərilib.
Comment