0
Friday 23 June 2017 - 20:02

İraqda törədilmiş partlayışda 9 nəfər həlak olub

Story Code : 648415
İraqda törədilmiş partlayışda 9 nəfər həlak olub
İraqın qərbində Ənbar əyalətinnin Əş-Şühəda rayonunun Əl-Bağdadi yaşayış məntəqəsində 4 terrorçu-kamikadzenin hərbçilərə və mülki sakinlərə hücumu nəticəsində bir əsgər və 8 dinc sakin ölüb, daha 11-i isə yaralanıb. Bu haqda “IraqiNews.com” saytı məlumat yayıb.
 
Hərbçilər 3 terrorçunu zərərsizləşdirsə də, 4-cü özünü partladıb.
 
Məlumata görə, bir müddət əvvəl Əl-Bağdadi rayonu terrorçu İŞİD qruplaşmasının nəzarəti altında idi. Hazırda İraq ordusu ora dövlətin nəzarətini təmin edib.
Comment