QR CodeQR Code

İraqda törədilmiş partlayışda 9 nəfər həlak olub

23 Jun 2017 20:02

IslamTimes - Əl-Bağdadi yaşayış məntəqəsində 4 terrorçu-kamikadzenin hərbçilərə və mülki sakinlərə hücumu nəticəsində bir əsgər və 8 dinc sakin ölüb


İraqın qərbində Ənbar əyalətinnin Əş-Şühəda rayonunun Əl-Bağdadi yaşayış məntəqəsində 4 terrorçu-kamikadzenin hərbçilərə və mülki sakinlərə hücumu nəticəsində bir əsgər və 8 dinc sakin ölüb, daha 11-i isə yaralanıb. Bu haqda “IraqiNews.com” saytı məlumat yayıb.
 
Hərbçilər 3 terrorçunu zərərsizləşdirsə də, 4-cü özünü partladıb.
 
Məlumata görə, bir müddət əvvəl Əl-Bağdadi rayonu terrorçu İŞİD qruplaşmasının nəzarəti altında idi. Hazırda İraq ordusu ora dövlətin nəzarətini təmin edib.


Story Code: 648415

News Link :
https://www.islamtimes.org/az/news/648415/iraqda-törədilmiş-partlayışda-9-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org