0
Saturday 24 June 2017 - 21:23

İran ölkə daxilindəki terrorçuları silib-süpürdü

Story Code : 648655
İran ölkə daxilindəki terrorçuları silib-süpürdü
İranın hüquq mühafizə orqanları, SEPAH təşkilatı ölkə ərazisində terror aktları törətməyi planlaşdıran İŞİD-lə bağlı şəxsləri yaxalayıb.  İranın Kəşfiyyat Nazirliyi bu haqda məlumat yayıb.
Terrorçular ölkənin müxtəlif şəhərlərində terakt törətmək üçün hazırlıqlar görübmüş.
Təkfirçi qruplaşma üzvləri Səudiyyə Ərəbistanı tərəfindən İrana yönləndirilib.
Hərbçilər xüsusi əməliyyat nəticəsində partlayıcı maddələr, əl-qumbaraları, avtomatlar və digər silahlar ələ keçirməyə müvəffəq olub.
Comment