0
Saturday 24 June 2017 - 22:18

Pakistanda terror qurbanlarının sayı artır: 85 ölü

Story Code : 648665
Pakistanda terror qurbanlarının sayı artır: 85 ölü
Pakistanın Paraçinar şəhərindəki bazarda ötən gün baş vermiş partlayışlarda həlak olanların sayı 85 nəfərə çatıb. Yaralıların sayı 300-dən çoxdur.
 
Axar.az xəbər verir ki, həmin gün Bəlucistan əyalətinin Kvetta şəhərində polis ofisinin yaxınlığında baş verən partlayışda isə ölənlərin sayı 14 nəfərə çatıb.
 
Bu gün də Kəraçi şəhərində terrorçular polis məntəqəsinə hücum edib və nəticədə dörd polis həlak olub.
 
Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Comment