0
Saturday 24 June 2017 - 23:48

Qətər Türkiyəyə və İrana qarşı olan o tələbi rədd etdi

Story Code : 648688
Qətər Türkiyəyə və İrana qarşı olan o tələbi rədd etdi
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman Al-Sani tələblərin məntiqli olmadığını bəyan edib.
 
Nazir qeyd edib ki, tələblərdən heç biri terrora qarşı mübarizə ilə bağlı deyil: "Onlar istəyirlər ki, bizim müstəqilliyimiz azalsın, xarici siyasətimizdə asılılıq olsun".
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreyin Qətərdən tələb etdiyi 13 məsələdən biri də, Türkiyənin bu ölkədəki hərbi bazasının bağlanmasıdır. Digər tələblər İranla münasibətlərin pozulması və "Əl Cəzirə" televiziyasının bağlanmasıdır.
Comment