0
Wednesday 13 April 2011 - 08:21

Hacı Zülfüqar Mikayılzadə Elçin Namazovun vəkilliyindən imtina edib

Story Code : 64945
Hacı Zülfüqar Mikayılzadə Elçin Namazovun vəkilliyindən imtina edib
Hacı Zülfüqar Mikayılzadə Elçin Namazovun vəkilliyindən imtina edib
Hazırda həbsdə olan ilahiyyatçı, Quran hafizi Hacı Zülfüqar Mikayılzadə Elçin Namazovun vəkil xidmətlərindən imtina edib. Bu barədə ruhaninin digər vəkili Rüstəm Zülfüqarov məlumat verib.

Məlumatda bildirilir ki, Hacı Zülfüqar Mikayılzadə Elçin Namazovun vəkillik xidmətindən imtina etməsi barədə Bakı istintaq təcridxanasının rəisi vasitəsilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisinə müraciət edib.

Vəkil Rüstəm Zülfüqarov onu da qeyd edib ki, Hacı Zülfüqar Elçin Namazovdan bir vəkil kimi razı qaldığını və ona minnətdarlığını ifadə edib.
Source : HaqqYolu
Comment