0
Thursday 29 June 2017 - 20:45

İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Story Code : 649482
İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
İslamazeri.com bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti bildirib ki, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri keçiriləcək.

"Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədi ilə təşkil olunur. Tədbir çərçivəsində Tehrandakı Vəhdət Sarayında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və solistlərin iştirakı ilə Azərbaycan və İran bəstəkarlarının əsərlərindən ibarət Qala konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan Fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi, iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat, Ərəsbaran Mədəniyyət Mərkəzində Azərbaycan filmlərinin nümayişi, eyni zamanda Tehrandakı “Hünər” Sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Ü.Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur”- deyə məlumatda bildirilir.

Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək.
Source : İslamazeri
Comment