0
Friday 30 June 2017 - 09:56

Yəməndə ən azı 200 min adam vəbaya yoluxub

Story Code : 649580
Yəməndə ən azı 200 min adam vəbaya yoluxub
Made.İnfo BBC-yə istinadən xəbər verir ki, BMT bildirir ki, bu dünyada xəstələyin ən kəskin epidemiya halıdır. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyə düçar olanların ümumi sayının 200 min nəfəri keçdiyini bildirir.

Yardım agentliklərinin məlumatına görə, kənardan kömək olmazsa, bu rəqəm iki dəfə arta bilər.

Ötən ay Ümumdünya Səhiyyə Təşkilatı öz tviter hesabında yazmışdı ki, aprel ayının 27-dən iyunun 20-dək Yəməndə ümumilikdə 166 min 976 nəfər vəbaya yoluxmaqda şübhəli şəxs qeydə alınıb ki, onlardan 1146 nəfər vəbanın qurbanı olub.

Yəmənin Səhiyyə Nazirliyinin rəsmiləri 2016-cı ilin oktyabr ayında bu ölkədə vəba epidemiyasının yayıldığını elan edib.

Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, Yəmənin müxtəlif bölgələrində 7 milyon 600 min nəfər yaşayır ki, onların vəbaya yoluxma ehtimalı çoxdur.

Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 3 ildən çoxdur ki, bu yoxsul ölkənin ərazisinə təcavüz edir və hər gün bu ölkənin müxtəlif bölgələrini qırıcılarla bombalayır. Bunun nəticəsində Yəməndə səhiyyə ocaqları, xəstəxanalar və digər tibbi infrastruktur məhv edilib.

Təqribən 3.3 milyon yəmənli, onlardan 2.1 milyonu uşaqlardır aclıqdan əziyyət çəkir.

BMT elan edib ki, Yəməndə 18 milyon nəfər insan yaxın zamanlarda aclıqla üzləşəcək.

Yəmən Səhiyyə Nazirliyinin bildirdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rejimi və müttəfiqlərinin hücumları nəticəsində indiyədək 12 min nəfərdən çox yəmənli həyatını itirib. /
Source : Maide
Comment