QR CodeQR Code

İŞİD-in baş təbliğatçısı Əl-Bağdadinin öldürüldüyünü dedi

Deyerler , 1 Jul 2017 14:54

Islamtimes - İraqın Al-Sumaria televiziyasının xəbərinə görə, İŞİD terror təşkilatının baş xətibləri arasında adı hallanan Əbu Kuteybənin iyunun 30-da Cümə xütbəsində təşkilatın lideri Əbubəkr Əl-Bağdadinin adını çəkərək, göz yaşlarına qərq olduğu bildirilib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Neynəva bölgəsindəki yerli bir mənbəyə əsaslanan xəbərdə, Əbu Kuteybənin bu davranışı Əl-Bağdadinin öldürüldüyünə dair iddiaları təsdiq olunub.

Digər tərəfdən, İŞİD-in Tel Afər bölgəsi üzrə məsulu kimi təqdim edilən Bera Əl-Mavselinin cümə xütbəsində, Mosulda ağır bir məğlubiyyətlə üzləşdiklərini etiraf etdiyi bildirilib. Mavseli Mosul məğlubiyyətindən sonra, Tel Afərin müvəqqəti mərkəz olaraq qəbul edildiyini qeyd edib.


Story Code: 649916

News Link :
https://www.islamtimes.org/az/news/649916/işid-in-baş-təbliğatçısı-əl-bağdadinin-öldürüldüyünü-dedi

Islam Times
  https://www.islamtimes.org