QR CodeQR Code

İŞİD İraqda yüzlərlə insanı oğurladı

Islamazeri , 1 Jul 2017 17:01

Islamtimes - İŞİD terrorçuları yüzlərlə insanı qaçırıb.


İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terrorçuları İraqın şimalında yerləşən Havica şəhərinin 900 sakinini qaçırıblar. Bu haqda məlumatı yerli mənbələr veriblər.

Məlumata görə, terrorçular cümə günü səhər saatlarında Havica sakinlərini tutduqdan sonra, onları naməlum istiqamətdə aparıblar.

Qeyd edilir ki, İŞİD terror təşkilatı terrorçulara qarşı hücumlar zamanı həmin sakinlərdən “canlı qalxan” kimi istifadə etmək niyyətindədir.

Xatırladaq ki, Mosul şəhəri terrorçulardan azad edildikdən sonra, İŞİD-in yeni qərargahı Havica şəhəri olub.


Story Code: 649937

News Link :
https://www.islamtimes.org/az/news/649937/işid-iraqda-yüzlərlə-insanı-oğurladı

Islam Times
  https://www.islamtimes.org