QR CodeQR Code

Misir XİN rəhbəri ilk dəfə olaraq Feysəli qarşılamağa gəlmədi

13 Apr 2011 12:16

IslamTimes - Əhməd ibn Əbdül-Əzizin Ərəbistanın xarici işlər nazirini qarşılamağa yollanmaması Misirin Ərəbistana qarşı qəzəbini nümayiş etdirir.


"IslamTimes" Ərəbistan KİV-nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl Misirə qısamüddətli səfərə yollanıb. Səud əl-Feysəlin artıq Qahirədə olduğu bildirilir.

Əldə olunan məlumatlara əsasən, Feysəli Qahirədə səudiyyə səfiri və bu ölkənin Ərəb Liqasında daimi nümayəndəsi Əhməd ibn Əbdül-Əziz Qəttan qarşılayıb.

Ərəbistan KİV-ləri qarşılama mərasimində Misirin yeni xarici işlər nazirinin iştirak etməsi barəsində söz açmayıblar.

Misirin yeni xarici işlər naziri fəaliyyətə başladığı gündən müqaviməti müdafiə edib və İsrailə qarşı olan siyasi kurs izləmişdir. Nəbil əl-Ərəbinin Ərəbistanın xarici işlər nazirini qarşılamağa yollanmaması Misirin Ərəbistana qarşı qəzəbini nümayiş etdirir. Nəzərinizə çatdıraq ki, Misir dikatatoru Hüsnü Mübarəki himayə edən dövlətlərdən bir Ərəbistan idi.


Story Code: 65028

News Link :
https://www.islamtimes.org/az/news/65028/misir-xin-rəhbəri-ilk-dəfə-olaraq-feysəli-qarşılamağa-gəlmədi

Islam Times
  https://www.islamtimes.org