QR CodeQR Code

ABŞ polisi 500 nəfəri güllələyib

3 Jul 2017 00:02

IslamTimes - ABŞ polisi cari ilin 6 ayı ərzində 492 nəfəri güllələyərək qətlə yetirib.


ABŞ polisi cari ilin 6 ayı ərzində 492 nəfəri güllələyərək qətlə yetirib. Bu rəqəm son 2 ilin müvafiq dövrünün göstəricisi ilə demək olar ki eynidir. Bu barədə “Washington Post” öz araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.
Nəşr polis tərəfindən güllələnən silahsız şəxslərin sayının azaldığını qeyd edib.
“Washington Post” polisin iştirakı ilə ölümlə nəticələnən silahlı insidentlərin statistikasını 2014-cü ilin avqustunda qaradərili Maykl Baraunun qətlindən sonra aparır.
Xatırladaq ki, həmin insident ABŞ-da genişmiqyaslı etiraz və iğtişaşlara səbəb olmuşdu.(APA)


Story Code: 650316

News Link :
https://www.islamtimes.org/az/news/650316/abş-polisi-500-nəfəri-güllələyib

Islam Times
  https://www.islamtimes.org