0
Tuesday 4 July 2017 - 18:07

General Səfəvi: ABŞ və İsrail məğlub oldu!

Story Code : 650768
General Səfəvi: ABŞ və İsrail məğlub oldu!
“ParsToday”-in verdiyi xəbərə əsasən, Ali Dini Lider Seyid Əli Xameneinin köməkçisi və məsləhətçisi Seyid Yəhya Səfəvi bildirib ki, ABŞ, Səudiyyə Ərəbistanı və İsrail rejimi üçlüyünün İraq və Suriyada məğlubiyyətə uğramasından sonra Fars körfəzi zonasında yeni təxribatlara əl atıla bilər.

İraq ordusunun Mosul qələbəsinə toxunan general qeyd edib ki, İŞİD terror təşkilatının məğlubiyyəti, faktiki olaraq, “İordaniya, Türkiyə, Qətər və İsrailin məğlubiyyətidir”.

Onun sözlərinə görə, “İŞİD-in məğlub edilərək məhv edilməsinə baxmayaraq İraqda hələ də qeyri-təhlükəsizlik hökm sürür. ABŞ hələ İraqdan əl çəkmək niyyətində deyil”.

General Səfəvi əlavə edib ki, “ABŞ koalisiyasının, Səud rejiminin, Türkiyə, İordaniya və Qətərin İraq və Suriya məsələlərində məğlubiyyəti, həmçinin Səud rejiminin Yəmən məğlubiyyəti” də rəsmi ər-Riyadı bütün bu “uğursuzluqların” fonunda amerikalılar, ingilislər və sionistlərin dəstəyi ilə “ərəb NATO”su qurmağa vadar edib
Source : Islamazeri
Comment