0
Tuesday 4 July 2017 - 18:35

Qan düşməni olan 2 vəhabi terror təşkilatı birləşir?

Story Code : 650781
Qan düşməni olan 2 vəhabi terror təşkilatı birləşir?
İslamazeri.com-un “Soir” qəzetinə istinadən verdiyi xəbərə əsasən, Avropa İttifaqının terrorçuluqla mübarizə məsələləri üzrə koordinatoru Jil de Kerşov hesab edir ki, İŞİD və “Əl-Qaidə” terror təşkilatları yaxın zamanda birləşə bilər.

Keşrov bildirib ki, İŞİD terrorçularının “qurudakı” məğlubiyyətlərinə baxmayaraq, təşkilat internet üzərindəki təbliğatını davam etdirir. Bununla yanaşı, onun zənnincə, diqqəti təkcə internet üzərindəki “ucuz terrorçuluq” üzərində cəmləşdirərək, real “terror təşkilatlarının mövcudluğunu” unutmamaq lazımdır. O, yaxın zamanda İŞİD və “Əl-Qaidə”nin birləşəcəyini də istisna etməyib.

Siyasətçi aydınlıq gətirib ki, terrorçuluqla mübarizə üçün “daha çox səy göstərmək lazımdır”.

Kerşov əlavə edib ki, Avropa İttifaqının polis xidməti olan İnterpolun nəzdində artıq internetin daimi monitorinqi üçün mütəxəssislər komandası yaradılıb.

“Biz 20-yə yaxın mütəxəssisdən ibarət olan komanda təşkil etmişik. Həmin komanda müntəzəm olaraq internetə nəzarət edir. Onlar artıq 30 min qeyri-qanuni saytı ifşa ediblər.”, - deyə o bildirib.
Source : Islamazeri
Comment