QR CodeQR Code

Hindistanda müsəlmanlar Bəqidə Əhli-Beytin (ə) məzarlarının viran edilməsinə etiraz edib

Islamazeri , 4 Jul 2017 18:39

Islamtimes - Hindistanlı müsəlmanlar Mədinədə, Bəqidə Əhli-Beyt imamlarına (ə) aid türbələrin viran edilməsinin ildönümü münasibətilə təşkil etdikləri etiraz aksiyasında vəhhabi Səudiyyənin bu təşəbbüsünü pisləyiblər.


İslamazeri.com "Pars Today"-ə istinadən xəbər verir ki, Hindistanın müxtəlif şəhərlərində dünən hindistanlı alimlər və müsəlmanların qatıldığı mitinqlərdə "Rədd Olsun Səudiyyə rejimi", "Rədd Olsun Amerika", "Rədd Olsun İsrail" kimi şüarlar səsləndirilib, eyni zamanda vəhhabilərə qarşı nifrət dilə gətirilib.

Nümayişçilər müsəlmanların vəhdət içində İslam düşmənlərinin sui-qəsdlərini pozmalarını istəyib.

Nümayişçilər Mədinədəki Bəqi qəbiristanlığında Əhli-Beyt imamlarının (ə) türbələrinin BMT-yə tabe UNESCO siyahısında yer aldığını bildirərək, buranın mədəniyyət irsi olaraq yenidən bərpa edilməsi çağrışı ediblər.

Həmçinin hindistanlı alimlər də, bu məsələdə bu vaxta qədər davam etdirilən sükuta son verilməsini istəyiblər.

Hicri qəməri təqvimlə 8 şəvval 1344-cü il Mədinədə müsəlmanların ən mühüm qəbiristanlığı Bəqi məzarlığının vəhhabi Səudiyyə rejimi tərəfindən dağıdıldığı tarixdir.

Vəhhabilər bu dağıntıda İmam Həsən Müctəba (ə), İmam Səccad (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqin (ə) qəbirlərini darmadağın ediblər.


Story Code: 650782

News Link :
https://www.islamtimes.org/az/news/650782/hindistanda-müsəlmanlar-bəqidə-əhli-beytin-ə-məzarlarının-viran-edilməsinə-etiraz-edib

Islam Times
  https://www.islamtimes.org